05.10.2022
05.10.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Gəncə şəhər Mədəniyyət Mərkəzində Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 881-ci ildönümünə həsr olunmuş “ Bu günün,gələcəyin şairi Nizami Gəncəvi...” adlı tədbir keçirilib.
Tədbir Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Məqbərəsini ziyarətlə başladı.
Məqbərənin ziyarətindən sonra tədbir Gəncə şəhər Mədəniyyət Mərkəzində davam etdirildi.
Əvvəlcə Azərbaycan Respublikasının müstəqilliyi və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi .
Sonra Gəncə şəhər Mədəniyyət Mərkəzinin direktoru Afina Ələkbərova çıxış edərək Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında qısa məlumat verdi. O , qeyd etdi ki,böyük şairin zəngin yaradıcılığı qədim tarixə malik Azərbaycan mədəniyyətinin inkişafinda parlaq mərhələdir. Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi dünya ədəbiyyatının nadir ədəbi simalarından biridir. Onun poeziyasında hər bir mövzu və hadisə mütəfəkkir şair qəlbindən keçərək ,dərin ictimai və fəlsəfi məzmun almışdır.
Sonra Mədəniyyət Mərkəzinin kurs tələbələri Nizami Gəncəvinin seirlərindən parçalar söylədilər və dahi şairin qəzəllərinə yazılmış mahnılar səsləndirildi.
Tədbirin sonunda Nizami Gəncəvinin əsərlərindən ibarət rəsm sərgisi nümayiş etdirildi.
Tədbirdə Gəncə şəhər Mədəniyyət Mərkəzinin filiallarının işçiləri və ərazi sakinləri iştirak etdilər.